Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 18 fevral 2010 07:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi dəyişməz qalaraq 2010-cu ilin fevral ayının 18-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi də dəyişməz qalaraq 1,0000 təşkil edib.

Fevralın 17-də 4 mln. manat həcmində notların bir buraxılışı dövriyyədən çıxarılıb və 4 mln. manat miqdarında bir emissiya yerləşdirilib. Nəticədə bazar kapitallaşması dəyişməz qalaraq ACBDI indeksinə təsir etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR