Bank Of Baku

Neftin qiyməti 80 dollara yaxınlaşır

Neftin qiyməti 80 dollara yaxınlaşır
# 19 fevral 2010 06:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 18-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 1,73 dollar və ya 2,2% artaraq 1 barelə görə 79,06 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, fevralın 18-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,51 dollar artaraq 77,78 dollar təşkil edib.

Neftin bahalaşmasına əsasən ABŞ və Avropa fond bazarlarında müsbət dinamika səbəb olub. Belə ki, ABŞ və Avropanın əsas fond indeksləri 0,6-0,9% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR