Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 0,7%, Nasdaq 0,7% yüksəlib

Dow Jones indeksi 0,8%, S&P 500 0,7%, Nasdaq 0,7% yüksəlib
# 19 fevral 2010 07:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 10 393 bəndədək, S&P 500 0,7% - 1 107 bəndədək, Nasdaq isə 0,7% - 2 242 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, fevralın 18-də ABŞ fond indekslərinin yüksəlməsinə bir sıra müsbət makroiqtisadi göstəricilər və korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında fevralın 18-də FTSE 100 indeksi 0,9% - 5 325 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 748 bəndədək, Almaniya DAX-ı isə 0,6% - 5 680 bəndədək yüksəlib. Avropa bazarlarında kotirovkaların dinamikası korporativ xəbərlərin təsiri altında olub.
Fevralın 18-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,3% azalaraq 1 105,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3476 dollar (-0,7%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR