Bank Of Baku

Bu gün BFB-da 10201126S seriyalı DQİ emissiyası yerləşdirilməyib

Bu gün BFB-da 10201126S seriyalı DQİ emissiyası yerləşdirilməyib
# 19 fevral 2010 15:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10201126S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 10 048 000 manat təşkil edib. Sifarişlər 99,65% (gəlirlik 1,41%) qiyməti ilə təqdim olunub. Emitent tərəfindən sifariş təmin olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR