Bank Of Baku

AGBI indeksi 0,9339, ACBDI indeksi 1,0000 təşkil edib

AGBI indeksi 0,9339, ACBDI indeksi 1,0000 təşkil edib
# 22 fevral 2010 08:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0662 bənd və ya 6,62% azalaraq 2010-cu ilin fevral ayının 22-nə 0,9339 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0000 təşkil edib.

Fevralın 19-da 8,366 mln. manat həcmində iki dövlət istiqrazlar buraxılışı dövriyyədən çıxarılıb ki, nəticədə yaranmış bazar kapitallaşmasının azalması AGBI indeksinin enməsində əks olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR