Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq 0,1% yüksəlib
# 22 fevral 2010 08:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 10 402 bəndədək, S&P 500 0,2% - 1 109 bəndədək, Nasdaq isə 0,1% - 2 244 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, fevralın 19-da ABŞ fond indekslərinin yüksəlməsi korporativ xəbərlər nəticəsində baş verib.

Avropa fond bazarlarında fevralın 19-da FTSE 100 indeksi 0,6% - 5 358 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 770 bəndədək, Almaniya DAX-ı isə 0,7% - 5 722 bəndədək yüksəlib. Avropa bazarlarında da kotirovkaların dinamikası korporativ xəbərlərin təsiri altında olub.

Fevralın 19-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,8% artaraq 1 125,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3633 dollar (+1,2%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR