Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,1%, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,1%, Nasdaq 0,1% enib
# 23 fevral 2010 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 10 383 bəndədək, S&P 500 0,1% - 1 108 bəndədək, Nasdaq isə 0,1% - 2 242 bəndədək enib. «APA-Economics»in məlumatına görə, fevralın 22-də ABŞ fond bazarında ticarət əməliyyatları indekslərin yüksəlməsi ilə başlasa da, sonra bir sıra iri şirkətlər barədə mənfi xəbərlər bazarda enmə tendensiya yaradıb.

Avropa fond bazarlarında fevralın 22-də FTSE 100 indeksi 0,1% - 5 352 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 756 bəndədək, Almaniya DAX-ı isə 0,6% - 5 688 bəndədək enib. Avropa bazarlarında kotirovkaların enməsi əsasən əczaçılıq sahəsində müşahidə olunub ki, bu da ABŞ Senatının Maliyyə Komitəsinin «GlaxoSmithKline» şirkətinin diabetin müalicəsi üçün olan «Avandia» preparatının ürək tutması yaratması ehtimallarının artırması barədə hesabatının açıqlanmasından sonra baş verib. Nəticədə, «GlaxoSmithKline»nin səhmləri 2,6%, «AstraZeneca»nın səhmləri 0,7%, «Merck»in səhmləri 1,2%, «Novartis»in səhmləri 1%, «Roche Holding»in səhmləri 0,7%, «Sanofi-Aventis»in səhmləri isə 1% ucuzlaşıb.
Fevralın 22-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% azalaraq 1 115,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3624 dollar (-0,1%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR