Bank Of Baku

Neft ucuzlaşıb

Neft ucuzlaşıb
# 24 fevral 2010 07:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1,45 dollar və ya 1,8% azalaraq 1 barelə görə 78,86 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, fevralın 23-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,36 dollar azalaraq 77,25 dollar təşkil edib.

Bazar iştirakçıları neftin ucuzlaşmasını ABŞ-da istehlak etimadı indeksinin kəskin azalması ilə əlaqələndirirlər. Qeyd edək ki, bu indeks fevral ayında yanvarla müqayisədə 10,5 bənd azalaraq 46 bənd təşkil edib, halbuki analitiklər bu göstəricinin 54,8 bənd səviyyəsində olacağını proqnozlaşdırırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR