Bank Of Baku

Dow Jones indeksi 1%, S&P 500 1,2%, Nasdaq 1,3% enib

Dow Jones indeksi 1%, S&P 500 1,2%, Nasdaq 1,3% enib
# 24 fevral 2010 07:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 23-də Amerika fond bazarında Dow Jones indeksi 1% - 10 282 bəndədək, S&P 500 1,2% - 1 095 bəndədək, Nasdaq isə 1,3% - 2 213 bəndədək enib. «APA-Economics»in məlumatına görə, fevralın 23-də ABŞ fond bazarına mənfi təsir edən amillərdən biri ABŞ-da istehlak etimadı indeksinin kəskin azalması olub. Qeyd edək ki, bu indeks fevral ayında yanvarla müqayisədə 10,5 bənd azalaraq 46 bənd təşkil edib, halbuki analitiklər bu göstəricinin 54,8 bənd səviyyəsində olacağını proqnozlaşdırırdı.

Avropa fond bazarlarında fevralın 23-də FTSE 100 indeksi 0,7% - 5 315 bəndədək, Fransa CAC-40-ı 1,3% - 3 707 bəndədək, Almaniya DAX-ı isə 1,5% - 5 604 bəndədək enib. Avropa bazarlarında «Banco Santander»in səhmləri 4,5%, «BNP Paribas»ın səhmləri 2,5%, «Credit Suisse»in səhmləri 3,1%, «Deutsche Bank»ın səhmləri 4,5%, «BHP Billiton»un səhmləri 2%, «Anglo American»ın səhmləri 0,1% ucuzlaşıb.
Fevralın 23-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% azalaraq 1 103,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3532 dollar (-0,7%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR