Bank Of Baku

Neft qiyməti yenidən yüksəlib

Neft qiyməti yenidən yüksəlib
# 25 fevral 2010 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 24-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1,14 dollar və ya 1,5% artaraq 1 barelə görə 80,00 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, fevralın 24-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,84 dollar artaraq 78,09 dollar təşkil edib.

Neftin bahalaşmasına ABŞ-da ötən həftə ərzində benzin ehtiyatlarının azalması barədə məlumat təsir edib. Belə ki, ABŞ Energetika Nazirliyinin məlumatına görə, həftə ərzində benzin ehtiyatları 900 min barel azalaraq 231,2 mln. barelə çatıb, benzinə olan tələbat isə 6,4% artaraq günə 9,06 mln. barel təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR