Bank Of Baku

Dow Jones indeksi 0,9%, S&P 500 1%, Nasdaq 1% yüksəlib

Dow Jones indeksi 0,9%, S&P 500 1%, Nasdaq 1% yüksəlib
# 25 fevral 2010 06:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 10 374 bəndədək, S&P 500 1% - 1 105 bəndədək, Nasdaq isə 1% - 2 236 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, fevralın 24-də ABŞ fond bazarında kotirovkaların dinamikası Federal Ehtiyat Sisteminin sədri Ben Bernankenin bəyanatının təsiri altında olub. Belə ki, ABŞ Konqressin maliyyə xidmətləri üzrə komitəsidə çıxış edən B.Bernanke bəyan edib ki, ölkə iqtisadiyyatı hələ də bərpa mərhələsindədir və tələbatın dəstəklənməsi üçün aşağı faiz dərəcələrinin olması vacibdir.

Avropa fond bazarlarında fevralın 24-də FTSE 100 indeksi 0,5% - 5 343 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 716 bəndədək, Almaniya DAX-ı isə 0,2% - 5 616 bəndədək yüksəlib. Avropa bazarlarında HSBC-nin səhmləri 2,5%, «Lloyds»un səhmləri 3,4%, «Standard Chartered»in səhmləri 1,2%, UBS-in səhmləri 1,9%, «Societe Generale»in səhmləri 1,7%, «Royal Dutch Shell»in səhmləri 0,5%, BP-nin səhmləri 0,6%, «BG Group»un səhmləri 0,3%, «StatoilHydro»nun səhmləri 1,3% bahalaşıb.
Fevralın 24-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 097,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3459 dollar (-0,5%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR