Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 25 fevral 2010 07:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0270 bənd və ya 2,8% artaraq 2010-cu ilin fevral ayının 25-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməz qalaraq 1,0000 təşkil edib.

Fevralın 24-də 4 mln. manat həcmində not buraxılışı dövriyyədən çıxarılıb və 4 mln. manatlıq emissiya yerləşdirilib. Nəticədə, bazar kapitallaşmasının sabit qalması səbəbindən ACBDI indeksi dəyişməyib.

AGBI indeksinin yüksəlməsi isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR