Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,2%, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,2%, Nasdaq 0,1% enib
# 26 fevral 2010 07:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 10 323 bəndədək, S&P 500 0,2% - 1 103 bəndədək, Nasdaq isə 0,1% - 2 234 bəndədək enib. «APA-Economics»in məlumatına görə, fevralın 25-də ABŞ fond bazarında kotirovkaların enməsi bir sıra mənfi xəbərlər nəticəsində baş verib. Bunların sırasında «Moody’s Investors Service» beynəlxalq reytinq agentliyinin Yunanıstanın borc öhdəlikləri üzrə reytinqinin azaldılmasının mümkünlüyü barədə bəyanatlar, ABŞ-da işsizlik üzrə ilkin müraciətlərin sayının ötən həftə ərzində əvvəlki həftə ilə müqayisədə 23 min artması barədə məlumat olub.

Avropa fond bazarlarında fevralın 25-də FTSE 100 indeksi 1,2% - 5 278 bəndədək, Fransa CAC-40-ı 2% - 3 641 bəndədək, Almaniya DAX-ı isə 1,5% - 5 532 bəndədək enib. Avropa bazarlarında BP-nin səhmləri 1,5%, «Royal Dutch Shell»in səhmləri 1,8%, «BG Group»un səhmləri 2,9%, «Tullow Oil»un səhmləri 2,8%, «Repsol»un səhmləri 1,5%, «Total»in səhmləri 3%, «StatoilHydro»nun səhmləri 3,2%, «Standard Chartered»in səhmləri 1,7%, HSBC-nin səhmləri 1,1%, «Barclays»ın səhmləri 1%, «BNP Paribas»ın səhmləri 2,6%, «Societe Generale»in səhmləri 1,1%, «Deutsche Bank»ın səhmləri 2%, «Banco Santander»in səhmləri 1,2% ucuzlaşıb.
Fevralın 25-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1% artaraq 1 108,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3587 dollar (+1%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR