Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 20,060 mln. dollarlıq əqdlər bağlanılıb

Bu gün BBVB-nin valyuta bölməsində 20,060 mln. dollarlıq əqdlər bağlanılıb
# 26 fevral 2010 14:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8024 AZN/$1 təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata əsasən, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8035 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 1 735 344 AZN təşkil edib, sessiyanın nəticələrinə görə isə manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınan əqdlərin həcmi 14 362 960 AZN, manatın orta məzənnəsi isə dollara nisbətən 0,8024 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 20,060 mln. dollar və ya 16 098 304 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 2,006 mln. dollar düşüb.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,79%, ABŞ dolları üzrə isə illik 16,29% təşkil edib. Gün ərzində banklar arasında həcmləri 250 min avro, 2 mln. dollar və 650 min dollar, müddətləri 214 gün, 90 gün və 181 gün, illik faiz dərəcələri isə müvafiq qaydada 16,00%, 14,00% və 17,00% olan 3 əqd qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR