Bank Of Baku

Dow Jones indeksi 0,03%, S&P 500 0,1%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,03%, S&P 500 0,1%, Nasdaq 0,2% yüksəlib
# 01 mart 2010 07:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,03% - 10 325 bəndədək, S&P 500 0,1% - 1 104 bəndədək, Nasdaq isə 0,2% - 2 238 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, fevralın 26-da zəif makroiqtisadi hesabatların dərc edilməsi nəticəsində ABŞ fond bazarında dəyişkənlik müşahidə olunub ki, ticarət günü ərzində indekslər ya mənfi, ya müsbət zonaya keçirdi.

Avropa fond bazarlarında fevralın 26-da FTSE 100 indeksi 1,5% - 5 355 bəndədək, Fransa CAC-40-ı 1,9% - 3 709 bəndədək, Almaniya DAX-ı isə 1,2% - 5 599 bəndədək yüksəlib. Avropa bazarlarına ABŞ-ın makroiqtisadi göstəriciləri və Yunanıstana maliyyə dəstəyi məqsədi ilə Almaniyanın bu ölkənin dövlət istiqrazlarını alması barədə məlumatlar təsir edib.
Fevralın 26-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% artaraq 1 118,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3605 dollar (+0,1%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR