Bank Of Baku

Fevralda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 23% azalıb

Fevralda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 23% azalıb
# 01 mart 2010 09:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 40 ticarət sessiyasında 44 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 15 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 49,071 mln. manat və ya dollar ekvivalentində 61,107 mln. təşkil edib. Bu isə yanvar ayı ilə müqayisədə 14,8 mln. manat və ya 23,2% azdır.

Hesabat ayında Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 3,055 mln. dollara çatıb, hər əqdin orta həcmi 1,389 mln. dollar təşkil edib.

Eyni zamanda, fevral ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya «Azərbaycan Sənaye Bankı» (26,90%), Azərbaycan Beynəlxalq Bankı (21,11%), «Bank of Baku» (8,58%), «Paşa Bank» (6,37%) və «AGBank» (5,97%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR