Bank Of Baku

Dünya birjalarında neftin qiyməti azalıb

Dünya birjalarında neftin qiyməti azalıb
# 02 mart 2010 02:14 (UTC +04:00)
Bakı-APA. Bazar ertəsi keçirilmiş sövdələşmələrdən sonra dünya birjalarında qara qızılın qiyməti dolların məzənəsinin möhkəmlənməsi fonunda azalıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Londonun ISE (InterContinental Exchange Futures) birjasında Brent Crude Oil markalı Şimal dənizi neft qatışığının aprel fyuçerslərinin 1 barelinin qiyməti 0,70 azalaraq 76,89 dollar təşkil edib.

Nyu-yorkun NYMEX (New York Merchantile Exchange) birjasında Light Sweet Crude Oil markalı Amerika neftinin aprel fyuçerslərinin 1 barelinin qiyməti 0,96 vahid azalaraq 78,70 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR