Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 1%, Nasdaq 1,6% yüksəlib

Dow Jones indeksi 0,8%, S&P 500 1%, Nasdaq 1,6% yüksəlib
# 02 mart 2010 07:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 1-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 10 404 bəndədək, S&P 500 1% - 1 116 bəndədək, Nasdaq isə 1,6% - 2 274 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, martın 1-də ABŞ-da fond indekslərinin yüksəlməsi bir neçə iri birləşmə barədə məlumatların bazara müsbət təsiri nəticəsində baş verib. Belə ki, Yaponiyanın ikinci iri əczaçılıq şirkəti olan «Astellas Pharma Inc.» digər əczaçılıq şirkəti «OSI Pharmaceuticals»ı 3,5 mlrd. dollara, «Morgan Stanley Capital International»ın risk-menecment üzrə «RiskMetrics Group» şirkətini 1,55 mlrd. dollara, Böyük Britaniyanın ən iri sığortaçısı olan «Prudential Plc.»nin AIG-nin Asiya bölməsini 35,5 mlrd. dollara alması barədə məlumatlar yayılıb.

Avropa fond bazarlarında martın 1-də FTSE 100 indeksi 1% - 5 406 bəndədək, Fransa CAC-40-ı 1,6% - 3 770 bəndədək, Almaniya DAX-ı isə 2,1% - 5 714 bəndədək yüksəlib. Avropa bazarlarına ilk növbədə Yunanıstanın borc problemlərini həll etmək üçün maliyyə dəstəyi alacağı ilə bağlı ehtimallar müsbət təsir edib.
Martın 1-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,05% azalaraq 1 118,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3532 dollar (-0,5%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR