Bank Of Baku

Dow Jones indeksi 0,02%, S&P 500 0,2%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,02%, S&P 500 0,2%, Nasdaq 0,3% yüksəlib
# 03 mart 2010 06:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,02% - 10 406 bəndədək, S&P 500 0,2% - 1 118 bəndədək, Nasdaq isə 0,3% - 2 281 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, martın 2-də hər hansı makroiqtisadi və ya ciddi korporativ xəbərlər açıqlanmadığından ABŞ fond indekslərinin dinamikası əsasən əmtəə bazarlarında kotirovkaların dinamikası, dolların ucuzlaşması və Yunanıstan ətrafında yaranmış qeyri-müəyyənlikdən asılı olub.

Avropa fond bazarlarında martın 2-də FTSE 100 indeksi 1,5% - 5 484 bəndədək, Fransa CAC-40-ı 1,1% - 3 812 bəndədək, Almaniya DAX-ı isə 1,1% - 5 777 bəndədək yüksəlib. Avropa bazarlarında kotirovkaların yüksəlməsi Avrozona üzrə bir neçə makroiqtisadi göstəricinin açıqlanmasından sonra baş verib. Belə ki, istehsal qiymətləri indeksi fevral ayında 0,7%, istehlak qiymətləri indeksi isə 0,9% artıb. Hazırda Avropa investorları Yunanıstan hökumətinin bu günə nəzərdə tutulan xərclərin azaldılması planının açıqlanmasını gözləyir.
Martın 2-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,7% artaraq 1 137,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3643 dollar (+0,8%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR