Bank Of Baku

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,04% yüksəlib, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,04% yüksəlib, Nasdaq 0,1% enib
# 04 mart 2010 07:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 10 396 bəndədək enib, S&P 500 0,04% - 1 119 bəndədək yüksəlib, Nasdaq isə 0,1% - 2 281 bəndədək enib. «APA-Economics»in məlumatına görə, martın 3-də fond bazarında kotirovkaların dinamikası bir neçə amildən asılı olub. Belə ki, fevral ayında ölkənin özəl sektorunda ixtisarların əvvəlki ayla müqayisədə 3 dəfə azalaraq 20 min nəfərə çatması və Federal Ehtiyat Sisteminin ölkə iqtisadiyyatının sağlamlaşması barədə məlumatlar bazara müsbət, ardınca isə Barak Obamanın səhiyyə sahəsində islahatların sürətləndirilməsinin zərurəti barədə bəyanat mənfi təsir edib.
Avropa fond bazarlarında martın 3-də FTSE 100 indeksi 0,6% - 5 533 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3 843 bəndədək, Almaniya DAX-ı isə 0,7% - 5 818 bəndədək yüksəlib. Avropa bazarlarında «Standard Chartered»in səhmləri 5,3%, «Barclays»ın səhmləri 5%, «Lloyds»un səhmləri 2,2%, «UniCredit»in səhmləri 4,2%, «Banco Santander»in səhmləri 4,2%, «Total»in səhmləri 0,8%, BP-nin səhmləri 1,6% bahalaşıb.
Martın 3-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 143,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3624 dollar (-0,1%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR