Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,4%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,4%, Nasdaq 0,5% yüksəlib
# 05 mart 2010 06:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 10 444 bəndədək, S&P 500 0,4% - 1 123 bəndədək, Nasdaq isə 0,5% - 2 292 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, martın 4-də fond bazarında kotirovkaların dinamikasına ötən həftə ərzində işsizlik üzrə ilkin müraciətlərin 30 min azalaraq 469 minə çatması barədə məlumat və korporativ xəbərlər təsir edib.
Avropa fond bazarlarında martın 4-də FTSE 100 indeksi 0,1% - 5 527 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 828 bəndədək, Almaniya DAX-ı isə 0,4% - 5 795 bəndədək enib. Maraqlıdır ki, Avropa bazarlarında kotirovkaların enməsi Yunanıstandan müsbət xəbərlər fonunda baş verib. Belə ki, Yunanıstanın dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin ümumi həcmi 16 mlrd. avro təşkil edib, halbuki ölkə hökuməti cəmi 5 mlrd. avro məbləğində istiqraz satmaq niyyətindədir.
Martın 4-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% azalaraq 1 133,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3624 dollar (0%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR