Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,02% enib, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,02% enib, Nasdaq 0,3% yüksəlib
# 09 mart 2010 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 10 553 bəndədək, S&P 500 0,02% - 1 139 bəndədək enib, Nasdaq isə 0,3% - 2 332 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, martın 8-də ABŞ-ın fond bazarında kotirovkaların dinamikası əsasən korporativ xəbərlərin təsiri altında olub.
Avropa fond bazarlarında martın 8-də FTSE 100 indeksi 0,1% - 5 607 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,2% - 3 904 bəndədək, Almaniya DAX-ı isə 0,02% - 5 876 bəndədək enib. Avropa bazarlarında kotirovkaların enməsi əsasən əczaçılıq şirkətləri, kotirovkaların yüksəlməsi isə neft-qaz və telekommunikasiya sahələrində müşahidə olunub.
Martın 8-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1% artaraq 1 124 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3624 dollar (0%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR