Bank Of Baku

Azərbaycanda ipoteka istiqrazlarının daha bir hissəsi yerləşdirilib

Azərbaycanda ipoteka istiqrazlarının daha bir hissəsi yerləşdirilib
# 09 mart 2010 15:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 5 investor tərəfindən təqdim olunan sifarişlərin nominal üzrə ümumi məbləği 13,157 mln. manat (faktiki 13 199 760,25 manat) təşkil edib. Sifarişlər 100,3250% qiyməti ilə təqdim edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 mln. manat məbləğində müəyyən edilib. Bu istiqraz emissiyası üzrə öhdəliklər emitent tərəfindən 2019-cu ilin dekabrın 11-də icra olunacaq.

Qeyd edək ki, AİF istiqrazlarının ikinci emissiyasının yerləşdirilməsinə cari ilin fevralın 1-də başlanılıb və bu günə kimi 9 mln. manat həcmində istiqraz yerləşdirilib.

Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli, adlı, sənədsiz istiqrazlarının ikinci hissəsinin emissiya prospekti 2009-cu ilin dekabr ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə illik 3,25% təşkil edir.

Ümumiyyətlə, ötən ilin may ayında qeydə alınmış və iyun ayından etibarən yerləşdirilməyə başlamış istiqrazların ilk emissiya prospekti tam yerləşdirilib ki, emissiyanın ümumi həcmi 55 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR