Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq 0,4% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq 0,4% yüksəlib
# 10 mart 2010 06:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 10 564 bəndədək, S&P 500 0,2% - 1 140 bəndədək, Nasdaq isə 0,4% - 2 341 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, martın 9-da ABŞ-ın fond bazarında kotirovkaların dinamikasına korporativ xəbərlər təsir edib.
Avropa fond bazarlarında martın 9-da FTSE 100 indeksi 0,1% - 5 602 bəndədək enib, Fransa CAC-40-ı 0,2% - 3 910 bəndədək, Almaniya DAX-ı isə 0,2% - 5 886 bəndədək yüksəlib. Avropa bazarlarında da kotirovkaların dinamikası iri şirkətlərin hesabat və xəbərlərin təsiri altında olub.
Martın 9-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 122,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3624 dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR