Bank Of Baku

Dünya birjalarında neftin qiyməti qismən artıb

Dünya birjalarında neftin qiyməti qismən artıb
# 11 mart 2010 01:08 (UTC +04:00)
Bakı-APA. ABŞ hökumətinin ölkədə neft ehtiyatlarının gözlənilmədən kəskin azalması barədə məlumatlarından sonra çərşənbə günü keçirilmiş sövdələşmələrdən sonra dünya birjalarında qara qızılın qiyməti qismən artıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Nyu-yorkun NYMEX (New York Merchantile Exchange) birjasında Light Sweet Crude Oil markalı Amerika neftinin aprel fyuçerslərinin 1 barelinin qiyməti 0,60vahid artaraq 81,81 dollar təşkil edib.

Londonun ISE (InterContinental Exchange Futures) birjasında Brent Crude Oil markalı Şimal dənizi neft qatışığının aprel fyuçerslərinin 1 barelinin qiyməti 0,57 artaraq 80,48 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR