Bank Of Baku

Neft qiyməti 82 dollara çatıb

Neft qiyməti 82 dollara çatıb
# 11 mart 2010 06:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Martın 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,60 dollar və ya 0,7% artaraq 1 barelə görə 82,09 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, martın 10-da ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,57 dollar artaraq 80,48 dollar təşkil edib.

Neftin bahalaşması neft istehlakı üzrə proqnozların açıqlanmasından sonra baş verib. Belə ki, OPEC bir ay əvvəl dərc edilmiş 2010-cu ildə neft tələbatının artımı üzrə proqnozunu gündə 880 min barel, ABŞ-ın Enerji Məlumat İdarəsi isə bu göstəricini 1,2 mln. bareldən 1,5 mln. barelə qədər artırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR