Bank Of Baku

Dow Jones indeksi 0,03%, S&P 500 0,5%, Nasdaq 0,8% yüksəlib

Dow Jones indeksi 0,03%, S&P 500 0,5%, Nasdaq 0,8% yüksəlib
# 11 mart 2010 07:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,03% - 10 567 bəndədək, S&P 500 0,5% - 1 146 bəndədək, Nasdaq isə 0,8% - 2 359 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, martın 10-da ABŞ-ın fond bazarında kotirovkaların yüksəlməsi əsasən maliyyə və telekommunikasiya sahələrində müşahidə olunub.
Avropa fond bazarlarında martın 10-da FTSE 100 indeksi 0,7% - 5 641 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 944 bəndədək, Almaniya DAX-ı isə 0,9% - 5 937 bəndədək yüksəlib. Avropa bazarlarında HSBC, «Societe Generale», «BNP Paribas», UBS və «Deutsche Bank»ın səhmləri 0,4-2,3% bahalaşıb. Ticarətin gedişinə Yunanıstanın büdcə kəsirinin azaldılması barədə bəzi məlumatların yayılması təsir edib.
Martın 10-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 120,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3643 (+0,14%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR