Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,4% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,4% yüksəlib
# 12 mart 2010 07:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 10 612 bəndədək, S&P 500 0,4% - 1 150 bəndədək, Nasdaq isə 0,4% - 2 368 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, martın 11-də ABŞ-ın fond bazarında kotirovkaların yüksəlməsinə təsir edən amillərdən biri ölkənin ticarət balansının kəsirinin azalması barədə məlumat olub. Belə ki, yanvar ayında həmin göstərici 40,18 mlrd. dollardan 37,29 mlrd. dollaradək azalıb.
Avropa fond bazarlarında martın 11-də FTSE 100 indeksi 0,4% - 5 617 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 929 bəndədək, Almaniya DAX-ı isə 0,1% - 5 929 bəndədək enib. Avropa bazarlarında «Standard Chartered»in səhmləri 0,6%, «Barclays»ın səhmləri 1,2%, «Societe Generale»in səhmləri 1,2%, «BNP Paribas»ın səhmləri 1%, «BHP Biliton»un səhmləri 1,1%, «Rio Tinto»nun səhmləri 0,6%, «Anglo Amerikan»ın səhmləri 1,2% ucuzlaşıb.
Martın 11-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,01% artaraq 1 108,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3699 (+0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR