Bank Of Baku

Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 15 mart 2010 06:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Martın 12-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,87 dollar və ya 1,06% azalaraq 1 barelə görə 81,24 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, martın 12-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,89 dollar azalaraq 79,39 dollar təşkil edib.

Maraqlıdır ki, neftin ucuzlaşması Beynəlxalq Enerji Agentliyinin dünya neft istehlakı üzrə 2010-cu il üçün gündəlik proqnozu 70 min barelə qədər artırması fonunda baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR