Bank Of Baku

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,02%, Nasdaq 0,03% enib

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,02%, Nasdaq 0,03% enib
# 15 mart 2010 07:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 10 625 bəndədək yüksəlib, S&P 500 0,02% - 1 150 bəndədək, Nasdaq isə 0,03% - 2 368 bəndədək enib. «APA-Economics»in məlumatına görə, martın 12-də ABŞ-ın fond bazarında ticarət əməliyyatlarının gedişində kotirovkaların dinamikasında qeyri-müəyyənlik biri-birinə zidd olan makroiqtisadi göstəricilərin açıqlanması nəticəsində baş verib. Məsələn, istehlak etimadı indeksi martda 73,6 bənddən 72,5 bəndədək azalıb, eyni zamanda pərakəndə ticarətin həcmi fevralda 0,3% artıb.
Avropa fond bazarlarında martın 12-də FTSE 100 indeksi 0,2% - 5 626 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,04% - 3 927 bəndədək enib, Almaniya DAX-ı isə 0,3% - 5 945 bəndədək yüksəlib. Avropa bazarlarında «Standard Chartered»in səhmləri 0,6%, «Barclays»ın səhmləri 2,4%, «Lloyds»un səhmləri 3,4%, «Royal Bank of Scotland»ın səhmləri 5% bahalaşıb. Bununla yanaşı, «Societe Generale»in səhmləri 1,2%, «BNP Paribas»ın səhmləri 1%, «BHP Biliton»un səhmləri 1,1%, «Rio Tinto»nun səhmləri 0,6%, «Anglo Amerikan»ın səhmləri 1,2% ucuzlaşıb.
Martın 12-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% azalaraq 1 101,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3743 (+0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR