Bank Of Baku

Dolların güclənməsi fonunda neftin qiyməti azalıb

Dolların güclənməsi fonunda neftin qiyməti azalıb
# 16 mart 2010 01:22 (UTC +04:00)
Bakı-APA. Baku-APA. Dolların güclənməsi fonunda bazar ertəsi keçirilmiş sövdələşmələrdən sonra dünya bazarında qara qızılın qiyməti azalıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Londonun ISE (InterContinental Exchange Futures) birjasında Brent Crude Oil markalı Şimal dənizi neft qatışığının aprel fyuçerslərinin 1 barelinin qiyməti 1,50 azalaraq 77,89 dollar təşkil edib.

Nyu-yorkun NYMEX (New York Merchantile Exchange) birjasında Light Sweet Crude Oil markalı Amerika neftinin aprel fyuçerslərinin 1 barelinin qiyməti 1,44 vahid azalaraq 79,80 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR