Bank Of Baku

Avropada neftin qiyməti 78 dollara düşüb

Avropada neftin qiyməti 78 dollara düşüb
# 16 mart 2010 06:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Martın 15-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1,44 dollar və ya 1,77% azalaraq 1 barelə görə 79,80 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, martın 15-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,5 dollar azalaraq 77,89 dollar təşkil edib.

Neftin ucuzlaşmasına səbəb olan əsas amillərdən biri kimi ABŞ-da enerji daşıyıcılarına tələbatın yüksək səviyyədə qalması barədə investorlar arasında bədbinliyin artmasını qeyd etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR