Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,1% yüksəlib, Nasdaq 0,2% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,1% yüksəlib, Nasdaq 0,2% enib
# 16 mart 2010 07:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 10 642 bəndədək, S&P 500 0,1% - 1 151 bəndədək yüksəlib, Nasdaq isə 0,2% - 2 362 bəndədək enib. «APA-Economics»in məlumatına görə, martın 15-də ABŞ-ın fond bazarına bir sıra amillər təsir edib. Belə ki, «Moody’s» agentliyinin dünyanın iri iqtisadiyyatları barədə sərt bəyanatı bazara mənfi, ABŞ-ın bir sıra makroiqtisadi göstəricilərinin açıqlanması isə müsbət təsir edib.
Avropa fond bazarlarında martın 15-də FTSE 100 indeksi 0,6% - 5 594 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 891 bəndədək, Almaniya DAX-ı isə 0,7% - 5 904 bəndədək enib. Avropa bazarlarında «Total»in səhmləri 0,8%, «Royal Dutch Shell»in səhmləri 0,5%, BP-nin səhmləri 0,1%, «Banco Santander»in səhmləri 1,5%, «Societe Generale»in səhmləri 2,5%, «BNP Paribas»ın səhmləri 1,4%, «Barclays»ın səhmləri 0,9%.
Martın 15-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 105,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3697 (-0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR