Bank Of Baku

Bakı Fond Birjasında daha 5,8 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

Bakı Fond Birjasında daha 5,8 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 17 mart 2010 07:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünən Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10101726S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 8 803 200 manat təşkil edib. Sifarişlər 99,88% (gəlirlik 1,25%) – 99,93% (gəlirlik 0,73%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətlər emitent tərəfindən 99,93% (gəlirlik 0,73%) səviyyəsində müəyyən edilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 801 100 manat məbləğində müəyyənləşdirilib.

Qeyd edək ki, bu DQİ emissiyası üzrə öhdəliklər emitent tərəfindən 2010-cu il aprelin 20-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR