Bank Of Baku

Neftin bahalaşması bərpa olunub

Neftin bahalaşması bərpa olunub
# 17 mart 2010 08:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Martın 16-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1,90 dollar və ya 2,38% artaraq 1 barelə görə 81,70 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, martın 16-da ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,13 dollar artaraq 79,02 dollar təşkil edib.

Neft bazarına təsir edən əsas amillərdən biri bu gün Vyanada keçiriləcək OPEC-in növbəti iclasının gözləntisi olub. OPEC ölkələrinin rəsmi nümayyəndələrinin bəyanatlarına əsaslanan analitiklər neft hasilatı üzrə kvotaların hazırkı səviyyədə saxlanılacağını proqnozlaşdırırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR