Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,8%, Nasdaq 0,7% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,8%, Nasdaq 0,7% yüksəlib
# 17 mart 2010 08:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 10 686 bəndədək, S&P 500 0,8% - 1 159 bəndədək, Nasdaq isə 0,7% - 2 378 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, martın 16-da ABŞ-ın fond bazarına təsir edən əsas amillərdən biri Federal Ehtiyat Sisteminin qəbul etdiyi qərar olub. Belə ki, FES uçot dərəcəsini 0-0,25% diapazonunda saxlayıb.
Avropa fond bazarlarında martın 16-da FTSE 100 indeksi 0,5% - 5 520 bəndədək, Fransa CAC-40-ı 1,2% - 3 939 bəndədək, Almaniya DAX-ı isə 1,1% - 5 971 bəndədək yüksəlib. Avropa bazarlarına «Standard & Poor’s» beynəlxalq reytinq agentliyi tərəfindən Yunanıstanın kredit reytinqinin təsdiqlənməsi və bu ölkənin reytinqləri endirilə biləcək dövlətlərin siyahısından çıxarılması müsbət təsir edib.
Martın 16-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,6% artaraq 1 122,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3805 (+0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR