Bank Of Baku

AGBI indeksi 1,0569, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 1,0569, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 17 mart 2010 08:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0568 bənd və ya 5,7% artaraq mart ayının 17-nə 1,0568 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməz qalaraq 1,0000 təşkil edib.

AGBI indeksinin artması martın 16-da 5,8 mln. manat həcmində dövlət istiqrazlarının yerləşdirilməsi nəticəsində bazar kapitallaşmasının artması səbəbindən olub.

ACBDI indeksinin dəyişməməsi isə martın 16-da notların ilkin bazarında heç bir əməliyyatın keçirilmədiyini göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR