Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq 0,5% yüksəlib
# 18 mart 2010 07:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 10 734 bəndədək, S&P 500 0,6% - 1 166 bəndədək, Nasdaq isə 0,5% - 2 389 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, martın 17-də ABŞ-ın fond bazarına əsasən makroiqtisadi göstəricilər təsir edib. Belə ki, Əmək Nazirlyinin məlumatına görə, fevral ayında istehsalçıların qiymət indeksi yanvarla müqayisədə 0,6% enib ki, bu da inflyasiya gözləntilərinin azalması barədə xəbər verir. Eyni zamanda, istehlak etimadının aşağı səviyyədə olduğu və yeni evlərin tikintisi həcmlərin azalması barədə məlumatlar indekslərin daha da yüksəlməsinə imkan verməyib.
Avropa fond bazarlarında martın 17-də FTSE 100 indeksi 0,4% - 5 645 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 958 bəndədək, Almaniya DAX-ı isə 0,9% - 6 023 bəndədək yüksəlib. Avropa bazarlarına ABŞ-ın makroiqtisadi göstəricilərindən başqa İngiltərə Bankının 2010-cu ildə istehlak qiymətlərinin artım tempinin azalması barədə proqnozu müsbət təsir edib.
Martın 17-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 124,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3683 (-0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR