Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 18 mart 2010 07:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0567 bənd və ya 5,4% azalaraq mart ayının 17-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməz qalaraq 1,0000 təşkil edib.

Martın 17-də 4 mln. manat həcmində olan notların bir buraxılışı dövriyyədən çıxarılıb və eyni miqdarda bir buraxılış yerləşdirilib. Nəticədə, bazarın kapitallaşması sabit qalıb və ACBDI indeksi dəyişməyib.

AGBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR