Bank Of Baku

Neftin qiyməti enib

Neftin qiyməti enib
# 19 mart 2010 06:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Martın 18-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,73 dollar və ya 0,9% azalaraq 1 barelə görə 82,20 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, martın 18-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,48 dollar azalaraq 81,48 dollar təşkil edib.

Neftin ucuzlaşmasına ötən həftə ərzində ABŞ-da neft ehtiyatlarının 1 mln. barel artması səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR