Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,03%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,03%, Nasdaq 0,1% yüksəlib
# 19 mart 2010 07:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 10 779 bəndədək, S&P 500 0,03% - 1 166 bəndədək, Nasdaq isə 0,1% - 2 391 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, martın 18-də ABŞ-ın fond bazarına əsasən müsbət makroiqtisadi göstəricilər təsir edib.
Avropa fond bazarlarında martın 18-də FTSE 100 indeksi 0,04% - 5 643 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 938 bəndədək, Almaniya DAX-ı isə 0,2% - 6 012 bəndədək enib. Avropa bazarlarında «Deutsche Bank»ın səhmləri 1,3%, «Commerzbank»ın səhmləri 1%, «BNP Paribas»ın səhmləri 0,9%, «Societe Generale»in səhmləri 0,8%, HSBC-nin səhmləri 1,7%, «Lloyds»un səhmləri 3,2%, UBS-in səhmləri 1,9%, «Banco Santander»in səhmləri 1,7% ucuzlaşıb, «BG Group»un səhmləri 1,5%, BP-nin səhmləri 0,4% bahalaşıb, «Repsol»un səhmləri 0,6%, «ENI»nin səhmləri 0,8%, «Total»in səhmləri 0,6% ucuzlaşıb.
Martın 18-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 129,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3620 (-0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR