Bank Of Baku

Bakı Fond Birjasında 1,4 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

Bakı Fond Birjasında 1,4 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 19 mart 2010 15:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10302026S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 1 404 600 manat təşkil edib. Sifarişlər 99,50% (gəlirlik 1,01%) - 99,45% (gəlirlik 1,11%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti Maliyyə Nazirliyi tərəfindən 99,45% (gəlirlik 1,11%), orta ölçülmüş qiymət 99,50% (gəlirlik 1,01%) səviyyəsində müəyyən edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 404 600 manat məbləğində müəyyənləşdirilib.

Qeyd edək ki, bu DQİ emissiyası üzrə öhdəliklər emitent tərəfindən 2010-ci il sentyabrın 17-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR