Bank Of Baku

Bakı Fond Birjasında 4 mln. manatlıq GDİ emissiyası yerləşdirilib

Bakı Fond Birjasında 4 mln. manatlıq GDİ emissiyası yerləşdirilib
# 19 mart 2010 15:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10500628S saylı dövlət qeydiyyatından keçmiş geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazları (GDI) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 5,8 mln. manat təşkil edib. Sifarişlər 100% (gəlirlik 3,75%) qiyməti ilə təqdim olunub. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 4 mln. manat məbləğində müəyyənləşdirilib.

Qeyd edək ki, bu DQİ emissiyası üzrə öhdəliklər emitent tərəfindən 2011-ci il martın 18-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR