Bank Of Baku

Neftin qiyməti 80 dollardan aşağıdır

Neftin qiyməti 80 dollardan aşağıdır
# 20 mart 2010 00:03 (UTC +04:00)
Bakı–APA. Martın 19-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində neftin ixracına dair müqavilələrin dəyəri 2,27 dollar azalaraq 1 barelə görə 79,93 dollar təşkil edib.

APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, ICE London qitələrarası birjasında Brent markalı neft qatışığının 1 barelinin dəyəri 2,19 dollar azalaraq 79,29 dollar təşkil edib.

Ekspertlərin fikrincə, neftin ucuzlaşmasının əsas səbəblərindən biri Yunanıstandakı büdcə böhranı ilə əlaqədar avronun məzənnəsinin düşməsi və dolların məzənnəsinin yüksəlməsidir. Belə ki, dolların möhkəmlənməsi ABŞ valyutası ilə bağlanan neft müqavilələrinin investorlar üçün cəlbediciliyini azaldır.

Qara qızılın qiymətinin azalması səbəblərindən biri kimi ekspertlər Hindistan Mərkəzi Bankının ölkədəki inflayasiya ilə əlaqədar faiz dərəcələrinin artırılması barədə qərarını göstərirlər. Belə ki, bu qərar Hindistan və dünya iqtisadiyyatının artım templərini aşağı sala bilər ki, bu da xammallara olan tələbatın aşağı düşməsinə gətirə bilər.

Qey edək ki, Reuters agentliyinin 10 aparıcı analitiklər arasında apardığı sorğunun nəticələrinə görə, cari ildə dünya bazarında gündəlik 150 min barel artıq neftin satışa çıxarılacağı ehtimal olunur. Analitiklər qeyd edirlər ki, bunun səbəbi OPEK ölkələrinin kartelin neft hasilatına qoyduğu kvotalara riayət etməməsi və bazara qoyulmuş həddən artıq həcmdə neft çıxarmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR