Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,7% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,7% enib
# 22 mart 2010 08:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 10 742 bəndədək, S&P 500 0,5% - 1 160 bəndədək, Nasdaq isə 0,7% - 2 374 bəndədək enib. «APA-Economics»in məlumatına görə, martın 19-da hər hansı vacib makroiqtisadi və ya korporativ xəbərlər və göstəricilər açıqlanılmayıb, bu səbəbdən də kotirovkaların dinamikası əsasən texniki amillərin və xaricdən daxil olan xəbərlərin təsiri altında dəyişib. Texniki amillərdən biri kimi investorlar tərəfindən mənfəət əldə etmək məqsədi ilə səhmlərin satış təklifinin artırmasını və bir sıra törəmə qiymətli kağızların dövriyyə müddətinin başa çatmasını qeyd etmək olar. Xarici xəbərlərdən ən vacibi isə Hindistan Mərkəzi Bankı tərəfindən gözlənilmədən bütün faiz dərəcələrini artırması olub ki, bu, birbaşa kotirovkaların enməsinə təsir edib.
Hindistandan gələn xəbərlər Avropa fond bazarlarına da əsasən mənfi təsir göstərib. Belə ki, martın 19-da FTSE 100 indeksi 0,2% - 5 643 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,6% - 3 916 bəndədək, Almaniya DAX-ı isə 0,7% - 5 970 bəndədək enib.
Martın 19-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,9% azalaraq 1 107,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3511 (-0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR