Bank Of Baku

Dünya bazarında qara qızılın qiyməti azalıb

Dünya bazarında qara qızılın qiyməti azalıb
# 27 mart 2010 00:09 (UTC +04:00)
Bakı-APA. Martın 26-da dünya bazarında neftin qiyməti 2009-cu ilin dördüncü rübündə ABŞ iqtisadiyyatının yenidən qiymətləndirilməsi fonunda aşağı düşüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ Ticarət Nazirliyinin ÜDM-nin 2009-cu ilin dördüncü rübündə üçüncü rübə nisbətən 5,6% artdığını bayan edib. Analitiklər isə bir müddət əvvəl ÜDM-nın artım tempinin 5,9% həddində qalacağını proqnozlaşdırırdılar.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən sövdələşmələrdə Light Sweet Crude Oil markalı neftin may fyuçerslərinin qiyməti 0,53 dollar düşərək 80 dollar təşkil edib.

Elə həmin gün ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent Crude Oil markalı neft qatışığının 1 barelinin qiyməti 0,32 dollar azalaraq 79,29 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR