Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,1% yüksəlib, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,1% yüksəlib, Nasdaq 0,1% enib
# 29 mart 2010 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 10 850 bəndədək, S&P 500 0,1% - 1 167 bəndədək yüksəlib, Nasdaq isə 0,1% - 2 395 bəndədək enib. «APA-Economics»in məlumatına görə, martın 26-da ABŞ fond bazarına bir sıra amillər təsir edib. Bura həm investorlar tərəfindən satışın artırılması, Avrozona ölkələrinin Yunanıstan üzrə razıraşmaya gəlməsi, həm də «Standard & Poor’s» agentliyi tərəfindən Portuqaliyanın reytinqinin əvvəlki səviyyədə təsdiq edilməsi aiddir.
Avropa fond bazarlarında martın 26-da FTSE 100 indeksi 0,4% - 5 703 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 989 bəndədək, Almaniya DAX-ı isə 0,2% - 6 120 bəndədək enib. Avropada HSBC-nin səhmləri 1%, «Lloyds»un səhmləri 1,3%, «Credit Agricole»un səhmləri 1,6%, «Commerzbank»ın səhmləri 0,5%, «UBS»in səhmləri 3,3%, «Credit Suisse»in səhmləri 0,8% ucuzlaşıb.
Martın 26-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 1% artaraq 1 105,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3436 dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR