Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 0,7500 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 0,7500 təşkil edib
# 30 mart 2010 06:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi dəyişməz qalaraq mart ayının 30-na 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,25 bənd və ya 25% azalaraq 0,7500 təşkil edib.

İndeksin azalması martın 29-da 4 mln. manat həcmində olan bir not buraxılışının dövriyyədən çıxarılması nəticəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR