Bank Of Baku

Neftin qiyməti artıb

Neftin qiyməti artıb
# 30 mart 2010 07:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Martın 29-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 2,17 dollar və ya 3,4% artaraq 1 barelə görə 82,17 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, martın 29-da ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,88 dollar artaraq 81,17 dollar təşkil edib.

Neftin bahalaşmasına əsasən dolların ucuzlaşması təsir göstərib. Belə ki, dolların avroya qarşı məzənnəsi 0,4% enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR