Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 0,4% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 0,4% yüksəlib
# 30 mart 2010 07:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 10 896 bəndədək, S&P 500 0,6% - 1 173 bəndədək, Nasdaq isə 0,4% - 2 404 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, martın 29-da ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə bir sıra amillər, o cümlədən makroiqtisadi göstəricilər, neftin bahalaşması və korporativ xəbərlər səbəb olub.
Avropa fond bazarlarında martın 29-da FTSE 100 indeksi 0,1% - 5 711 bəndədək, Fransa CAC-40-ı 0,3% - 4 001 bəndədək, Almaniya DAX-ı isə 0,6% - 6 157 bəndədək yüksəlib. Avropada kotirovkaların yüksəlməsi korporativ xəbərlərin təsiri altında baş verib.
Martın 29-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 111,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3491 dollar (+0,4%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR